23 aprel-Beynəlxalq kitab və müəllif hüquqları günüdür!

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür! 
Bu münasibətlə 239 saylı məktəbin 3-cü sinifləri ilə tanınmış uşaq yazarı, professor Solmaz Amanovanın iştirakı ilə “Nağıl saatı” keçirilib. Solmaz xanım  şagirdlərə kiçik yaşlardan mütaliəyə başlamağın, bunu vərdişə çevirməyin vacibliyindən və əhəmiyyətindən danışıb. O, balaca dinləyiciləri üçün  müəllifi olduğu "İlmənin macəraları""Turac" kitabından nağıllar söyləyib. Qeyd edək ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul olunub. Bu əlamətdar gün  1997-ci ildən etibarən  Azərbaycanda da qeyd edilir. Məqsəd isə kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə çatdırmaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi