Dövrü mətbuat nə deyir?

Dövri mətbuat — müəyyən vaxt ardıcıllığı ilə çap edilən nəşrlər; kütləvi informasiya və təbliğatın əsas vasitələrinin ümumi adıdır. Dövri mətbuata qəzet, jurnal, dövri məcmuələr, bülletenlər və s. aid edilir. Məktəb kitabxanasına da mütamadi olaraq dövrü mətbuat nümunələri daxil olur. Həmin dövrü mətbuat nümunələrində həm şagirdlərimizi, həm müəllimlərimizi maraqlandıracaq çox maraqlı və intellektual xarakterli məlumatlar dərc olunur. Bütün bu məlumatların əlçatanlığını və daha geniş auditoriyaya çatdırılmasını təmin etmək məqsədilə kitabxana tərəfindən "Dövrü mətbuat nə deyir?" adlı rubrikaya start veririk. Bu rubrikada qazet və jurnallarda dərc olunan məqalələr oxuculara çatdırılacaq. İlk olaraq, "Səs" qazetində dərc olunmuş məqaləni və "Yeni Azərbaycan" qazetində dərc olunmuş "Düzü-düz, əyrini-əyri deyən jurnal!" məqaləsini  təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi