"Yaşıl dünya naminə həmrəylik" layihəsi çərçivəsində ağac və kol bitkiləri əkildi
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəb rəhbərliyi şagirdlər və texniki heyətlə birgə məktəb ərazisində müxtəlif ağac və kol bitkilərinin əkilməsində iştirak etdilər. Qeyd edək ki, bu layihə məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrinə xidmət edir.