Milli Qəhrəman Şükür Həmidlinin anadan olduğu gün qeyd edildi

Milli Qəhrəman Şükür Həmidovun doğum günü qeyd olundu
Azərbaycan Respublikasının Milli Qəhrəmanı II Qarabağ müharibəsində şəhid olmuş Şükür Həmidovun doğum günü ilə bağlı məktəbin 3 a sinfində tədbir keçirildi.Tədbirdə şəhidin ailə üzvləri,Səbail rayon İcra hakimiyyətinin nümayəndələri məktəbin direktoru,müəllimlər və valideynlər qonaq qismində iştirak etdilər 
Şagirdlər şəhidin keçdiyi şərəfli ömür və döyüş yolu haqqında məlumat verdilər,hazırladıqları kompazisiyanı təqdim etdilər .Daha sonra Şükür Həmidovun  ailə üzvləri onunla bağlı xoş xatirələrini paylaşdılar.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Leyli xanım da çıxış edərək şagirdlərə,onların müəllimlərinə bu cür tədbir təşkil etdikləri üçün minnətdarlığını bildirdi və şəhidin ailə üzvlərinə də hər zaman onların yanında olduqlarını ifadə edərək  təşəkkür etdi.
Bədii hissədən sonra məktəbin 3 a sinif şagirdlər məktəb rəhbərliyi,valideynlər və ailə üzvləri ilə bərabər milli qəhrəmanın II fəxri xiyabandakı məzarını ziyarət edərək,məzarı üstünə güllər düzdülər.
Allah bütün şəhidlərimizə rəhmət etsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi