2 Aprel Beynəlxalq Uşaq kitabı günüdür.

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür.
Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Məşhur nağılçı Hans Kristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Günü də bununla bağlı təsis olunmuşdur.

Bu münasibətlə məktəb kitabxanasına yeni daxil olmuş uşaq kitablarının sərgisi təşkil olundu. Şagirdlər məktəb kitabxanaçıları tərəfindən yeni daxil olan kitablar haqqında məlumatlandırıldılar, daha sonra bu gün münasibətilə "Sevdiyim yazıçı", "Ən çox oxuduğum kitab", "Ən sevdiyim obraz" mövzusunda "Kitabxana Kvilti" hazırlandı. UBR Elnurə Məhərrəmova, kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Aygün Orucova şagirdlərə mütaliə etməyin faydaları haqqında tövsiyyələr verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi