"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində fəaliyyət həyata keçirildi
" Yaşıl Dünya naminə həmrəylik ili" çərçivəsində UBR Elnurə Məhərrəmova şagirdlərlə birlikdə dibçək gülləri əkmişdir. Bu tədbirlər şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrinə xidmət edir.