Ucadan oxu günü qeyd olundu
Ümumdünya Ucadan Oxu Günü - Söz, Kitab, Mütaliə bayramıdır. Bu gün LitWorld şirkətinin təşəbbüsü ilə hər il mart ayının birinci həftəsində qeyd olunur. Bu günü qeyd etmənin məqsədi mütaliəni ətraf dünya ilə qarşılıqlı təsir üsulu və öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaq imkanı kimi göstərməkdir. Bu aksiyada iştirak etməklə, insanlar dünyadakı bütün uşaqların savad alması hüququnu dəstəkləyirlər. Bu münasibətlə 2d sinifində məktəb kitabxanaçıları tərəfindən mütaliə saatı keçirildi. Şagirdlərə oxumağın faydaları haqqında təqdimat nümayiş olundu, daha sonra nağıl kitabları ucadan oxunaraq müzakirə edildi.