Qəhrəmanlıq səlnaməsi "Qarabağnamələr" haqqında oxucu müzakirəsi keçirildi
Fevralın 29-da Fəaliyyət planına uyğun olaraq, məktəb kitabxanası tərəfindən 9b sinif şagirdlərinin iştirakı ilə Qarabağ tarixi haqqında həqiqətlər və qəhrəmanlıq səlnaməsi olan "Qarabağnamələr" kitabı müzakirə edildi. İlk öncə, müəllim və şagirdlərlə birgə "Qarabağ Azərbaycandır!" lektoriyasında tarix fənn müəllimi Kəmalə Nəzərova tərəfindən Qarabağın qədim tarixi haqqında məlumat verildi. Daha sonra şagirdlərlə birgə maraqlı müzakirə aparıldı.