Ana dilimiz sevək, qoruyaq

Məktəbin fəaliyyət planına uyğun olaraq, 21 fevral-Beynəlxalq ana dili günü münasibətilə ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə "Ana dilimizi sevək, qoruyaq!" adlı tədbir keçirilmişdir. Tədbirdə ana dilimizin yaranma tarixi, Ulu Öndərimizin doğma dilimizə qayğı və diqqətindən bəhs edən təqdimatlar nümayiş olunmuş, şagirdlər maraqlı səhnəciklərlə çıxış etmişlər. Sonda məktəbin direktoru Nisə Fərəcova şagirdlərə doğma dilimizin zənginliyindən, Beynəlxalq ana dilinin yaranma tarixindən danışmışdır.

Eyni zamanda məktəb kitabxanasında Azərbaycan və dünya ədəbiyyatında ana dilində yazan şair və yazıçıların əsərlərindən ibarət sərgi təşkil olunmuş, müzakirə aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi