"Yaradıcı müəllim" müsabiqəsinin iştirakçıları təltif olundu

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mükafatlandırılma mərasimində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Məktəbin ingilis dili müəllimi Qarayeva Pərvanə müəlim də  müsabiqədə iştirak edərək təşəkkürnamə ilə təltif edilib.
Pərvanə müəllimi təbrik edir,fəaliyyətində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi