Pedaqoji şura iclası keçirildi
Məktəbdə Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirilmişdir. İclası açıq elan edən məktəbin direktoru Nisə Fərəcova çıxış edərək I yarımilin yekunları və II yarımildə qarşıda duran vəzifələri iclas iştirakçılarına bildirmişdir.
Pedaqoji şurada həmçinin aşağıdakı məsələlər də müzakirə olunmuşdur:
-Təhsilalanların təhlükəsizliyini təmin etmək məqsədilə mühafizə işinin gücləndirilməsi;
Müəllimlərin etik davranış qaydalarına əməl edilməsi;
-Şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi;
-Müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi;
-Valideynlərlə işin artırılması;
- Sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması və etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması;
Həmçinin məktəbin psixoloqu yarımillik hesabatını təqdim etdi.