Riyaziyyat fənni aylığı

Dekabr ayı məktəbimizdə "Riyaziyyat fənni aylığı" elan edilmişdir. Bu münasibətlə məktəbin akt zalında "Əyləncəli riyaziyyat gecəsi" adlı tədbir keçirildi. Riyaziyyat müəllimləri Mehriban Ismayılova, Gülnarə Məmmədova, Sevda Süleymanova, Rəna Islamova və Rəna Məhəmmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb rəhbərliyi iştirak etdi. Məktəbin direktoru Nisə Fərəcova bu kimi tədbirlərin ənənə halı almasını və növbəti aylarda da davam etdirilməsinin vacibliyini vurğuladı. Tədbir şagirdlərin maraqlı çıxışları ilə yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi