Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti-qələbəmizin təməlidir!
Dekabr ayının 12-də "Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti-qələbəmizin təməlidir" mövzusunda məktəbin "Heydər Əliyev və Tarixi Həqiqətlər" lektoriyasında dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin direktoru Nisa Fərəcova çıxış edərək Dahi liderin uzaqgörən siyasətindən, bu günki nəsillərə örnək həyat və fəaliyyətindən danışdı. Daha sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər. Dəyirmi masa bədii hissəylə davam etdirildi. Tədbirdə UBR Elnurə Məmmədova, Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Şəhriyar Nəsirov, müəllimlər Kəmalə Nəzərova və Gülbəniz Rəsulova iştirak etmişdir.
Eyni zamanda, Ulu Öndərin Badamdar qəsəbəsindəki "Heydər parkı"nda yerləşən abidəsini ziyarət edilmiş, "Heydər Əliyev və müasir Azərbaycan" adlı inşa yazı müsabiqəsi keçirilmiş, sinif təşkilat saatları təşkil edilmiş, açıq dərslər qoyulmuşdur.