Nağıl saatı keçirildi

Dekabr ayının 6-da məktəb kitabxanasında kitabxana müdiri Kifayət Cəfərova və kitabxanaçı Aygun Orucovanın təşkilatçılığı ilə  şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması, oxuyub- anlama, dinləyib-anlama  bacarıqlarının, təfəkkürünün formalaşdırılması məqsədilə məktəbin 3b sinif şagirdlərinin iştirak etdiyi interaktiv nağıl saatı keçirilmişdir. Belə ki, şagirdlər Danimarka yazıçısı Hans Xristian Andersenin  "Düyməcik" və "Noxud üstündə yatan şahzadə qız" nağılını dinlədikdən sonra nağıl obrazlarının rəsmlərini çəkmiş, kitabxana kvilti yaratmışlar. Nağıl saatında Təlim-tərbiyə işləri üzrə direktor müavini Süsən Bəylərova və müəllim Vəfa İbadova da iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi