Zərərli vərdişlərə yox deyək!
Noyabr ayının 22-də məktəbdə təşkilati işlər üzrə direktor müavini Şəhriyar Nəsirov, UBTR Elnurə Məhərrəmova, psixoloq Suğra Qurbanovanın təşkilatçılığı ilə "Narkotiklə başlayan dostluq ölümlə bitər" və "Zərərli vərdişlərə yox dəyək!" mövzusunda dəyirmi masa keçirildi. Müəllimlər Xuraman Bayramova və Arzu Əhmədovanın şagirdlərə mövzu ilə bağlı tövsiyələri maraqla qarşılandı. Məqsəd şagirdlərlə profilaktik olaraq mövzu haqqında söhbətlər aparmaq, onların ölkəmizdən də yan keçməyən bu bəlaya münasibətini öyrənmək idi. Görüş daha çox diskussiya xarakteri daşıyırdı. Sonda şagirdlərə mövzu ilə bağlı videoçarxlar təqdim olundu, sorğu keçirildi və suallar cavablandırıldı.