IX siniflərdə buraxılış imtahan fənnlərinin tədrisi vəziyyəti müzakirə olundu
Məktəbin fəaliyyət planında göstərildiyi kimi proritet istiqamətlərdən biri də IX sinif şagirdlərinin buraxılış imtahan fənlərinə nəzarətin gücləndirilməsidir. Elə bu məqsədlə də məktəbin Azərbaycan dili, riyaziyyat və ingilis dili müəllimləri ilə görüş keçirildi. Görüşdə kompleks təhlil müzakirə olunaraq, ötən illərdə məktəbin monitorinq və buraxılış imtahanı nəticələri müəllimlərin diqqətinə çatdırıldı. Daha sonra tədris ili ərzində IX siniflərlə görüləcək işlərin planı hazırlandı.