Məktəbimizin şəhid məzunu Vüsal Teymurovun anım günüdür

Noyabr ayının 13-də  məktəbimizin Şəhid məzunu Vüsal Zakir oğlu Teymurovun anım günü münasibətilə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Şəhidin Badamdar qəbirstanlığında yerləşən məzarı ziyarət olunmuşdur. Məktəb rəhbərliyi, Şəhid Vüsal Teymurova dərs demiş müəllimlər,şagirdlər şəhidin məzarına güllər qoymuş, ruhuna dualar oxumuşlar .
Qeyd edək ki,Vüsal Teymurov 2020 - ci il 8 noyabrda Azərbaycan ordusunun Zəfər çalmasına bir neçə saat qalmış Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Teymurov Vüsal Zakir oğlu ölümündən sonra "Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməy görə” medal, “Füzulinin azad olunmasına görə” medal, “Qubadlının azad olunmasına görə” medal, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi