Zəfər günün mübarək doğma Azərbaycanım!
Bakı şəhər T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə Zəfər gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, Əmək və Əhalinin Sosial Müdafiyə Nazirliyinin nümayəndəsi, şəhid ailələri qonaq qismində iştirak etdilər. İlk olaraq məktəbin həyətində Şəhid məzunlarımız üçün hazırlanmış barelyefin önünə tər qərənfillər düzüldü, şəhidlərimiz anıldı. Daha sonra tədbirin bədii hissəsi başlandı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru şanlı zəfərimizdən, müzəffər Ali baş komandanımızın rəhbərliyi ilə ordumuzun gücündən, qüdrətindən danışdı. Bütün şəhid analarına,atalarına belə igid, qəhrəman övladlar yetişdirdikləri üçün minnətdarlıq bildirdi. Daha sonra qonaqlara söz verildi. Şagirdlərin hazırladıqları kompazisiyalar təqdim edildi. Eyni zamanda məktəbimizin məzunu olmuş şəhid Teymurov Vüsal anıldı. Sonda şəhid analarına söz verildi. Onlar da hər zaman övladlarının yad edildiyini ,rayon rəhbərliyindən və 239 nömrəli məktəbdən diqqət gördüklərini bildirdilər və təşəkkür etdilər.