Şəhid Cəmil Məmmədli adına küçənin açılışı oldu
Şəhidlik ən uca zirvədir. Bu zirvəni fəth edən igid oğullarımızın adı əbədiləşməli və xalqın yaddaşına həkk olunmalıdır. Oktyabr ayının 27-də Səbail rayon şəhidi Məmmədli Cəmil Habil oğlunun adına verilmiş küçədə qoyulmuş barelyefin açılışı oldu. Açılış mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı cənab Vuqar Zeynalov, şəhid anaları, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak etdi. Qürurverici haldır ki, məktəbimiz məhz həmin küçədə yerləşir. Hər gün bu küçədən məktəbə gələn şagirdlər sözsüz ki,vətənpərvərlik ruhunda böyüyəcək və şəhidlərimizin adını hər zaman uca tutulacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət etsin!