Valideynlərlə görüş keçirildi
Məktəb-valideyn münasibətlərinin düzgün tənzimlənməsi qarşıda duran ən vacib məsələlərdəndir.Elə buna görə də oktyabr ayının 20-də məktəbin X və XI sinfində təhsil alan şagirdlərin valideynləri ilə məktəb rəhbərliyi görüş keçirdi. Görüşdə şagirdlərin dərsə davamiyyəti, məktəbdə şagird davranış qaydaları, məktəbli forması ilə təminat, şagird nailiyyətləri, təmayül siniflərində tədrisin səmərəliliyi və s məsələlər müzakirə olundu.Məktəbin direktoru Nisə Fərəcova valideynlərlə birgə görüləcək işləri görüş iştirakçılarının diqqətinə çatdırdı.Valideynlər tərəfindən verilən suallar cavablandırıldı.