"Düşünən şagird" müsabiqəsinin məktəb turu keçirildi
Oktyabr ayının 16-da məktəb kitabxanasında "Düşünən şagird" müsabiqəsinin məktəb turu keçirilmişdir. Məktəb rəhbərliyinin, UBR, kitabxanaçıların, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə keçirilən məktəb turunda şagirdlər tərəfindən yazılan hekayələr dinlənilmiş və şəhər turunda iştirak etmək üçün müsabiqə şərtlərinə uyğun olan işlər seçilmişdir. Qeyd edək ki, müsabiqə təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə keçirilir.