Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması
Sentyabr ayının 29-da məktəbdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Dayaq" Sosial Maarifləndirmə İctimai Birliyinin Sədri Hicran xanım Əliməmmədovanın təşkilatçılığı ilə "Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması" layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə qonaq qismində hüquqşünas Əliməmmədova Aysel, Bakı Şəhər Norkoloji Mərkəz Həkim Norkoloq Baxışova Fizzə, 239 № li orta məktəbin biologiya müəlliməsi Ağayeva Reyhan, 239 № li orta məktəbin əvəzedici Direktoru Solmaz Ismayılova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Presedent Vəkil Birosunun müdiri Həsənova Zülfiyyə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Qadın Vəkil Alyansının sədri Əfrasiyabova Dilarə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Vəkil Məhərrəmova Sevda, Səbail Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Dərbəndli Abasağa, Səbail Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar üzrə inispektoru Polis baş leytenatı Ağakişiyev Elmir iştirak etmişdir.