Hərbi-idman bayramı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli qərarı ilə təsdiq olunmuş “İbtidai hərbi hazırlıq Əsasnaməsi”nin tələblərini yerinə yetirmək və tədbirlər planına uyğun olaraq , 239 №-li tam orta məktəbdə Ulu Öndər H.Əliyevin 100 illiyinə həsr olunmuş “Hərbi – idman bayramı” keçirilmişdir.

“Hərbi – idman bayramı"nda 239 , 236 və 329 №-li tam orta məktəbin komandaları və hərbi rəhbərləri iştirak etmişlər. “Hərbi – idman bayramı”ının açılışında Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirilmiş, Dövlət Himni səsləndirilmiş və Şəhidlərimiz bir dəqiqəlik sükutla anılmışdır.

“Hərbi – idman bayramı”nin qonağı Badamdar Bələdiyyəsinin Sədr müavini Həsənova Xədicə çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulamışdır.

Yarış məktəbin idman stadionunda 10 – cu sinfin çağırışaqədərki hazırlıq fənninin proqramı həcmində keçirilmiş, şagirdlərin hərbi vətənpərvər ruhda tərbiyə olunmasına xidmət etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi