"Səsli nağıllar" həftəsinə yekun vuruldu
May ayının 19-da məktəb kitabxanasının may ayının 15-dən təşkil etdiyi "Səsli nağıllar" həftəsinə yekun vuruldu. Məktəbin 4a və 6a siniflərində 6a sinif şagirdi Məhərrəmli Naibə tərəfindən ingilis dilində səsləndirilən nağıllar nümayiş olundu. Həftə ərzində nümayiş olunan səsli nağıllar vasitəsilə şagirdlərlə aparılan müzakirələr, fikir mübadilələri onların mütaliə mədəniyyətinin inkişafına, dinləyib anlama bacarıqlarının yüksəldilməsinə xidmət etdi.
Qeyd edək ki, məktəb kitabxanasının təqdim etdiyi "Danışan kitablar" layihəsi çərçivəsində Bəhram Bağırzadənin "Şuşa" kitabı tam şəkildə , "Mənim ilk kitabım" seriyasından olan "Ağac hər dərdə əlac" nağılı və "Məktəb kitabxanası.Uşaq ədəbiyyatı" seriyasından "Tales of the world" kitabından müxtəlif mövzulu nağıllar həm kitabxanaçı, həm də şagirdlər tərəfindən səsələndirilmişdir. Bu prosesin davamlı həyata keçirilməsi nəzərdə tutulmuşdur.