"Səsli nağıllar" həftəsi
May ayının 15-dən başlayaraq məktəb kitabxanasında “Danışan kitablar” layihəsi çərçivəsində “Səsli nağıllar” həftəsi elan edilib. Belə ki, kitabxanaçılar və şagirdlər tərəfindən məktəb kitabxanasının fondunda olan nağıllar, hekayələr audio formata çevrilmiş və siniflərdə nümayiş etdirilib. Bu işdə məqsəd şagirdlərin dinləyib-anlama, fikir mübadiləsi aparmaq, mütaliə vərdişlərinin aşılanmasıdır. Səsli nağılların əsas üstünlüklərindən biri də, qısa zamanda sinifdəki bütün şagirdlərin bir kitabı oxumuş olmasıdır. Beləliklə, dərs prosesinə mane olmadan bu gün 1d sinfində Bəhram Bağırzadənin uşaqlar üçün yazdığı kiçik hekayələrdən ibarət “Şuşa” kitabının audio forması nümayiş olundu. Sonra şagirdlərlə dinlədikləri hekayələrlə bağlı müzakirələr aparıldı.