Respublika Konfransı
May ayının 4-də məktəbin "Heydər Əliyev və Tarixi Həqiqətlər Lektoriyası"nda Bakı Dövlət Universiteti və T.Məmmədov adına 239 nömrəli tam orta məktəblə birgə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika Konfransı keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, Vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi anılmışdır. Məktəbin direktoru Sədaqət Əzimova Konfransı giriş sözü ilə açmış, daha sonra BDU-nun informasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, pedaqoqika elmləri üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Rasim Süleymanov "Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", "Görkəmli Dövlət və ictimai-siyasi xadimləri Ulu Öndər Heydər Əliyev haqqında" mövzusunda məruzələr etmişlər. Konfransda eyni zamanda Səbail Rayon İcra hakimiyyəti İctimai-Siyasi humanitar şöbəsinin məsləhətçiləri Dərbəndli Abbasağa və Bəylərova Nigar, Badamdar bələdiyyəsinin sədr müavinləri Həsənova Xədicə və Mayılov Rauf iştirak etmişlər. Şagirdlərin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlərin təqdimatından sonra məktəbin tarix müəllimləri Kəmalə Nəzərova və Dürdanə Məmmədova çıxışlar etmişlər.