Təhsildə Yaponiya-Azərbaycan Münasibətləri
Dekabr ayının 15-də məktəbin yuxarı sinif şagirdləri ilə Akt zalında, TET international Development (TET) Prezidenti Taro Savada, vitse –prezident Namiq Ələsgərov, Azərbaycan Sahibkarlar Konfederasiyası(ASK) Prezident məsləhətçisi Şəbnəm Nuriyevanın iştirakları ilə tədbir keçirilmişdir. Məktəbin direktoru Sədaqət Əzimova tədbiri açaraq qonaqları təqdim etmiş,tədbirin məqsədi ilə iştirakçıları məlumatlandırmışdır. Tədbirdə TET-in Prezidenti Taro Savada çıxış edərək TET yaradılması və fəaliyyəti ilə bağlı,eyni zamanda, Yaponiyanın mədəniyyəti,adət-ənənələri barədə geniş məlumat vermiş; bununla bağlı videoçarx təqdim olunmuşdur. TET-in vitse –prezidenti Namiq Ələsgərov da mövzu ilə bağlı geniş çıxış etmişdir.Azərbaycan Sahibkarlar Konfederasiyası(ASK) Prezident məsləhətçisi Şəbnəm Nuriyeva konfederasiya haqqında danışmışdır.
Yekunda isə TET-in Prezidenti Taro Savada tədbirin təşkilinə görə məktəb rəhbərliyinə təşəkkür etmiş, xatirə olaraq məktəbin direktoru Sədaqət Əzimovaya,şagirdlərə hədiyyələr təqdim etmişdir.