“Aprel döyüşləri” haqqında sənədli filmə baxış keçirildi

17 aprel 2019-cu il tarixində tarix müəllimi Əhmədova Ülkər VI“A” sinif şagirdləri ilə 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş, tarixə “Aprel döyüşləri” adı ilə düşmüş hərbi münaqişə haqqında sənədli filmə baxış keçirildi. İlk öncə tarix müəllimi şagirdlərə aprel döyüşləri, Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzaladıqdan bəri ən şiddətli döyüş olduğundan bəhs etdi və döyüşlərin Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndiyini, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Maqadiz kəndi istiqamətində yolların düşməndən azad olunması haqqında geniş məlumat verdi. Daha sonra “Lələtəpə haqqında bilmədiklərimiz” adlı sənədli film və “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olmuş vətəndaşlarımıza həsr olunmuş video nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi