Xüsusi dərs keçirilib

May ayının 30-da I “B” sinfində (sinif müəllimi Sənubər Qulubəyova) təsviri incəsənət dərsi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Dərsin keçirilməsinin əsas məqsədi uşaqların hüquqlarını qorumaq, onların diqqət mərkəzində olduğunu göstərmək, əl bacarıqlarını və diqqətini inkişaf etdirməkdən ibarət olub.
Dərsdə məktəbin direktoru Zümrüd Abbasova və təşkilatçı Bahar Əkbərova da iştirak edib. Sənubər müəllim şagirdlərə gips fiqurlar və boyalar hədiyyə edib. Şagirdlər fiqurları öz zövqlərinə uyğun rəngləyiblər.