“Uşaqlar gülür, dünya gözəlləşir” adlı tədbir keçirilib

    May ayının 30-da ibtidai sinif şagirdlərinin iştirakı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar gülür, dünya gözəlləşir” adlı tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi uşaqların hüquqlarını qorumaqdan, onların diqqət mərkəzində olduğunu göstərməkdən və onların sevinclərinə şərik olmaqdan ibarət olub.

      Tədbirdə məktəbin direktoru Zümrüd Abbasova, təşkilatçı Bahar Əkbərova, ibtidai sinif müəllimləri, şagirdlər və valideynlər iştirak edib.

      Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şagirdlər müxtəlif xalqların rəqslərini nümayiş etdirib, mahnılar oxuyub, asfalt üzərində müxtəlif rəsmlər çəkiblər.

      Tədbirin sonunda məktəbin direktoru uşaqları bayram münasibəti ilə təbrik edib, onların daim diqqət mərkəzində olduğunu, hər zaman onların sevincinə şərik olmasını bildirib.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi