Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyi üzvlərinin iştirakı ilə maarifləndirici görüş keçirilib

    May ayının 29-da Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyi üzvləri tərəfindən  İlqar Muradov adına 237   nömrəli tam orta məktəbin  IX-XI sinif şagirdləri ilə “28 May 1918. 28 Aprel 1920 il tarixi Qərbi Azərbaycana nə verdi?” mövzusunda  maarifləndirici görüş keçirilib. Görüş  şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Zümrüd Abbasova gələn qonaqları təqdim edib.

    QAİ-nın Xəzər rayon nümayəndəsi Alı Alıyev çıxış edərək, Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin səmimi salamlarını çatdırıb. Sonra Xəzər rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbə müdirinin müavini Çərkəz Tanrıverdiyev çıxış edib.

     Görüşün sonunda məktəbin tarix müəllimləri- Bəhruz Kərimov və Ülkər Əhmədova da çıxış ediblər. Belə ki, Bəhruz müəllim “Qərbi Azərbaycanda ermənilərin məskunlaşdırılması”, Ülkər müəllim isə “Qərbi Azərbaycanda toponimlərin dəyişdirilməsi” mövzusunda məruzələrini səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi