“Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib

May ayının 27-də məktəbin təşkilatçısı Bahar Əkbərova tərəfindən “7-dən 17-yə vətənpərvər!” layihəsi və 28 May Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Şərqin ilk demokratik respublikası olan AXC-nin yaranma tarixi haqqında məlumat verilib. Sonra Müstəqillik Gününə həsr olunmuş şeirlər səsləndirilib, səhnəciklər nümayiş olunub. Məktəb xorunun ifasında “Qarabağ marşı” və “Azərbaycan” mahnıları ifa edilib. VI sinif şagirdlərinin ifasında “Naz eləmə” rəqsi oynanılıb.
Tədbirin sonunda məktəbin direktoru Zümrüd Abbasova çıxış edərək 28 May-Müstəqillik Gününün şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gün olduğunu qeyd edib.