29 Aprel-Beynəlxalq Rəqs Günüdür

    Aprel ayının 29-da məktəbin ibtidai sinif müəllimi Lamiyə Rəsulova tərəfindən III “C” sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Rəqs Günü qeyd edilib. Bu günün keçirilməsinin əsas məqsədi şagirdlərin diqqətini rəqs sənətinə cəlb etmək, onlara dünya xalqlarının rəqslərini tanıtmaq, həmçinin milli rəqslərimizin dəyərini aşılamaqdan ibarət olub.

   Tədbirdə müəllim bu gününü təsis olunma tarixi haqqında məlumat verib. Sonra şagirdlər milli, hind, rus rəqslərini böyük həvəslə nümayiş etidirblər. Burada iştirak edən məktəbin təşkilatçısı Bahar Əkbərova  şagirdlərə gözəl çıxışlarına görə təşəkkür edib və qeyd edib ki,  başqa xalqların mədəniyyətini öyrənmək təqdirə layiqdir. Lakin  bununla yanaşı ilk növbədə öz milli-mənəvi dəyərlərimizi bilməli və qorumalıyq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi