Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Açıq qapı" günü

    Aprel ayının 25-də Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Açıq qapı" günü keçirilib. Tədbirdə Mərkəzin müəllimi Günal Abuzərovanın bələdçiyi ilə İ. Muradov adına 237 nömrəli tam orta məktəbin peşəyönümü üzrə koordinatoru Nurtən Abbasova və IX sinif şagirdləri iştirak edib. Mərkəzdə tədrisi aparılan ixtisaslar üzrə tələbələrin əl işlərindən ibarət sərgi nümayiş etdirilib və ixtisaslar barədə mütəxəssislər tərəfindən ətraflı məlumatlar verilib. Eyni zamanda tədbir müddəti ərzində canlı master klasslar nümayiş olunub.

    Tədbirin sonunda şagirdlər Mərkəzin şəhid tələbələrinin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi