Bədii-qiraət müsabiqəsi keçirilib

    Aprel ayının 29-da “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Seyran Cəfərli tərəfindən VII-VIII sinif şagirdləri arasında bədii-qiraət müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərə Ana dilinə sevgi və ədəbi irsə hörmət aşılamaq, nitq və səhnə mədəniyyətini, çıxış bacarıqlarını inkişaf etdirmək, onlarda ədəbi zövqü formalaşdırmaqdan ibarət olub.

    İştirakçılar onlara verilmiş bir ədəbi parçanı səhnədə səsləndiriblər. Münsiflər heyəti- məktəbin direktoru Zümrüd Abbasova, təşkilatçı Bahar Əkbərova, təsviri incəsənət müəllimi Failə Rüstəmova və fənn metodbirləşmə rəhbəri  Seyran Cəfərli şagirdlərin çıxışlarında tələffüz, intonasiya, səs tonu, duyğu və ritm kimi məqamları nəzərə alaraq qalibləri müəyyən ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi