Dinləyib-anlama monitorinqi keçirilib

Aprel ayının 28-də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazim Əliyev tərəfindən IV sinif şagirdləri ilə Azərbaycan dili fənnindən dinləyib-anlama monitorinqi keçirilib. Monitorinqin keçirilməsinin məqsədi şagirdlərin dinləmə və anlama bacarıqlarını yoxlamaq, mətn üzrə əsas fikri ayırma, detalları anlama, nəticə çıxarma kimi bacarıqları ölçməkdən ibarət olub. Monitorinqin gedişatını məktəbin direktoru Zümrüd Abbasova, təlim-tərbiyə işləri üzrə direktor müavini Nazim Əliyev və xüsusi təyin edilmiş nəzarətçi müəllimlər izləyib.