“Hər günün oxucuları” adlı layihəyə start verilib

           Aprel ayının 9-dan “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində “Kiçik Akademiya”nın vitse-prezidenti, X sinif şagirdi Əminə İslamovanın təşəbbüsü ilə “Hər günün oxucuları” adlı layihəyə start verilib. Layihənin keçirilməsinin əsas məqsədi kitab oxuyanları bir yerə toplamaq, aralarında ünsiyyət, şəbəkələşmə yaratmaq və ümumilikdə iştirakçılarda davamlı olaraq kitab oxuma həvəsi yaratmaqdan ibarət olub. Layihə rəhbəri II-X sinif şagirdləri ilə görüşüb və onları layihənin şərtləri ilə tanış edib. Görüşdə məktəbin direktoru Zümrüd Abbasova, kitabxana müdiri, kitabxanaçı və fənn müəllimləri iştirak edib. İ. Əminə şagirdlərə layihə çərçivəsində davamlı olaraq kitab oxuma vərdişlərinə, sürətli oxu bacarığına yiyələnəcəklərini,  kitabsevərlərin bir-biri ilə ünsiyyət qura bilməsi, konkret bilik, bacarıq və vərdişlər əldə edə biləcəklərini söyləyib.

          Layihə çərçivəsində ən çox kitab səhifəsi oxuyan oxucu müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

          Qeyd edək ki, layihə 21 gün davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi