“Məktəbəqədər təhsil layihəsi nədir?” adlı təlim keçirilib

            May ayının 22-də məktəbdə fəaliyyət göstərən İcma Əsaslı Məktəbəqədər Təhsil qrupunun tərbiyəçi müəllimi Ədilova Afaq tərəfindən valideynlər üçün “Məktəbəqədər təhsil layihəsi nədir?” adlı təlim keçirilib. Təlimdə məktəbin direktoru Abbasova Zümrüd, ibtidai sinif müəllimi Sadıqova Mehriban iştirak edib. Direktor valideynlərə məktəbdə tətbiq olunan şagird-davranış qaydaları, təhlükəsizlik tədbirləri, şagird nailiyyətləri haqqında məlumat verib. Sonra Afaq müəllim məktəbəqədər təhsilin əhəmiyyətini izah edib, bu təhsilin uşaqların idraki, sosial-emosional, fiziki cəhətdən inkişafını gücləndirdiyini, ömür boyu davamlı öyrənmə və şəxsi inkişaf üçün təməl qoyduğunu valideynlərin diqqətinə çatdırıb. Təlimin sonunda valideynləri maraqlandıran suallar cavablandırılıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi