“Çimərliklərimizi təmiz saxlayaq!” şüarı altında təmizlik aksiyası keçirilib

    May ayının 23-də Yaşıl layihə: “Təbiəti qoruyanlar” layihəsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Bahar Əkbərovanın rəhbərliyi altında  VII “B” sinif şagirdləri ilə “Çimərliklərimizi təmiz saxlayaq!” şüarı altında təmizlik aksiyası keçirilib. Aksiyaya məktəbin coğrafiya müəllimi Aytəkin Məlikova və ingilis dili müəllimi Kəmalə Əliyeva da qatılıb. Şagirdlər dənizkənarındakı tullantıları zibil torbalarına yığıblar. Sonra ekologiyanın qorunmasına aid müxtəlif şüarlar səsləndiriblər.

    Qeyd edək ki, aksiyanın keçirilməsinin əsas məqsədi planetimizi çirklənmədən qorumaq, sağlam yaşayış tərzini təbliğ etmək, şagirdlərə təbiəti, canlıları sevdirmək, onların qəlbində xeyirxahlıq hissləri oyatmaqdan ibarət olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi