“Duyğu orqanlarımız” mövzusunda xüsusi dərs keçirilib

               May ayının 23-də məktəbin biologiya müəllimi Bayramova Yeganə tərəfindən VIII “B” sinif şagirdləri ilə “Duyğu orqanlarımız” mövzusunda xüsusi dərs keçirilib. Dərsdə məktəbin direktoru Abbasova Zümrüd və təşkilatçı Əkbərova Bahar iştirak edib. Dərsdə 1.1.2 standartı reallaşdırılıb. Əvvəlcə müəllim “İnsan informasiyanı hansı orqanları vasitəsilə və necə qəbul edir?” tədqiqat sualı ilə şagirdlərə müraciət edib. Şagirdlər duyğu orqanları- göz, qulaq, dil, burun, dəri haqqında çəkdikləri rəsmlər üzərində məlumat verib, duyğu orqanlarında xarici qıcığı sinir impulsuna çevirən reseptorlar seçicilik qabiliyyətinə malik olduğunu söyləyiblər. Sonra şagirdlər görmə qüsurlarını təcrübə üzərində nümayiş etdiriblər. Dərsin sonunda məktəbin direktoru şagirdlərə mövzunu maraqlı izah etdiklərinə görə öz təşəkkürünü bildirib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi