“Özünü QİÇS-dən qoru!” adlı maarifləndirici tədbir keçirilib

    Aprel ayının 8-də Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları- həkim-infeksionist Samirə Vəliyeva və tibb bacısı İlahə Musayeva tərəfindən IX-XI sinif şagirdləri ilə “Özünü QİÇS-dən qoru!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərə İİV (İnsanın İmmunçatışmazlığı Virusu) və QİÇS-lə (Qazanılmış İmmunçatışmazlığı Sindromu) bağlı məlumat vermək, bu xəstəliklərin yayılmasının qarşısını almaqdan ibarət olub. Tədbirdə məktəbin direktoru Zümrüd Abbasova çıxış edərək gələn qonaqları salamlayıb və onlara şagirdlər üçün belə maarifləndirici tədbirlərin təşkilinə görə öz təşəkkürünü bildirib.

    Tədbirdə Samirə xanım söyləyib ki, İİV infeksiyasına yoluxma nəticəsində immun sistemi zədələnir və nəticədə QİÇS-ə səbəb olur. O, bu xəstəliklər haqqında geniş məlumat verərək, qeyd edib ki, bu xəstəliyə qeyri-steril tibbi alətlərdən istifadə etməklə, yoxlanılmamış donor qanın köçürülməsi, başqasının manikür dəstindən istifadə, qorunmamış cinsi əlaqə zamanı yoluxma halları baş verə bilər. Həkim təhsilalanlara özünün təhlükəsizliyini qorumaq üçün ən azı ildə bir dəfə müayinədən keçməyi məsləhət görüb.

      Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi