Birincilik medalı təqdim edilib

Noyabrın 21-də Ağsu şəhərində start götürən “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə birinciliyinin final mərhələsi başa çatıb. Ağsu şahmat məktəbində 7 gün davam edən birinciliyin final mərhələsində 6 yaş qrupunda (6, 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar) 170 şahmatçı mübarizə aparıb.

Noyabrın 27-də I, II və III yerləri tutan 36 nəfər (18 nəfər qız, 18 nəfər oğlan) qalib şahmatçının mükafatlandırılması mərasimi keçirilib.

Şahmat yarışlarında daim öz rəqiblərini mat qoyan məktəbin üçüncü sinif şagirdi Paşam Əlizadə çempionluq uğrunda sona qədər mübarizə apararaq birinci yerə layiq görülüb.

Paşam Əlizadəyə diplom, birincilik medalı və hədiyyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi