Şagirdlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak ediblər

Noyabrın 20-də Gəncə-Şəmkir-Göygöl rayonlarına “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası başa çatıb.

Maarifləndirici tur-aksiyasında məktəbin təhsildə və idmanda fərqlənən 9-11-ci sinif şagirdləri iştirak edib.

Tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edən məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olublar.

Şagirdlərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunub, qaliblərə xatirə hədiyyələri verilib, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil edilib.

Zəngin təəssüratlarını bölüşən şagirdlər xatirə şəkilləri çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi