"Doğru ixtisas seçimi" mövzunda söhbət aparılıb

Noyabrın 28-də məktəbin akt zalında Qərbi Kaspi Universitetinin əməkdaşları IX-XI sinif şagirdləri ilə görüş keçiriblər.

Görüşdə imtahan öncəsi stressin aradan qaldırılması və doğru ixtisas seçimi mövzularında, eyni zamanda, əmək bazarında böyük tələbatın formalaşdığı mühəndislik ixtisaslarının təbliği məqsədilə robototexnika mövzusunda söhbət aparılıb. Eyni zamanda görüşdə Qərbi Kaspi Universiteti barədə məktəblilərə məlumatlar verilib. Bildirilib ki, son illərdə universitet tədrisin keyfiyyətinin artırılması məqsədilə bir sıra tədbirlər keçirib, xarici ölkələrin aparıcı ali təhsil ocaqları ilə əməkdaşlığı genişləndirib, eləcə də maddi-texniki bazanın, infrastrukturun yaxşılaşdırılması yönümündə əhəmiyyətli addımlar atıb. Şagirdlərin diqqətinə çatdırılıb ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər və infrastruktur layihələr həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır.

Müzakirə əsnasında şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi