Şagirdlər “Dost axtarılır-3” aksiyasında iştirak ediblər

Noyabrın 23-24-də saat 12.00-dan 18.00-dək Bakıda sahibsiz heyvanlar üçün “Nuhun gəmisi” sığınacağının və “Pullman Baku” otelinin təşkilatçılığı ilə xeyriyyə layihəsi keçirilib.

Məktəbin rus dili və ədəbiyyatı müəllimi Lalə Qasımovanın təşəbbüsü ilə rəhbərlik etdiyi 8 "Ə" sinif şagirdləri “Dost axtarılır-3” aksiyasının dördayaqlı qonaqları ilə təmasda ola bilib.

Sərgidə evdə saxlamaq üçün heyvan seçmək mümkün olub. İştirakçılar tədbir zamanı bəyəndikləri heyvanı özləri ilə evə də apara bilib. Aksiyada onlarca heyvan özünə qayğıkeş sahib tapıb. Otelin foyesində eyni vaxtda əl işlərindən ibarət maraqlı sərgi keçirilib. Satışdan gələn vəsaitin bir hissəsinin evsiz heyvanlara sərf olunacağı bildirilib.

Sərgidən xoş təəssüratlarla ayrılan şagirdlər unudulmaz anlar yaşadıqlarını qeyd ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi