Təşəkkürnamə təqdim olunub

Noyabrın 20-də məktəbin ibtidai sinif müəllimi Gülpəri Əliyevanın 60 yaşının tamam olması, 30 illik pedoqoji sahədə səmərəli fəaliyyətinə eləcə də ona verilən tapşırıqların icrasında daim peşəkarlıq və səriştəlilik nümayiş etdirdiyi xidmətlərinə görə məktəbin direktoru Xanlar İmaməliyev məktəb kollektivi adından ona təşəkkürnamə və gül dəstəsi təqdim edib.

Xanlar İmaməliyev: "Gülpəri Əliyeva 30 ilini uğurlu pedaqoji fəaliyyəti ilə balaca fidanların yüksək savad almasına, təlim-tərbiyəsinə, bilik və bacarıqlarının inkişafına həsr edən pedaqoqlardan biridir."

Çıxış edən yubilyar onu təbrik edən hər kəsə eləcə də məktəbin direktoru Xanlar İmaməliyevə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi