Şagirdlərə xeyirxahlıq dərsi keçib

Noyabrın 13-də məktəbin rus dili və ədəbiyyatı müəllimi Lalə Qasımovanın təşəbbüsü ilə rəhbərlik etdiyi 8 "Ə" sinif şagirdləri tərəfindən Ümumdünya Xeyirxahlıq Gününə həsr olunmuş stend-sərgi hazırlanıb.

Lalə Qasımova: "Rəftar insanın dünyagörüşünü, tərbiyəsini, əxlaqını nümayiş etdirən davranış, həyat tərzidir. Eyni zamanda xeyirxah rəftar mənəviyyatın təzahürü olub, fərdin insanlarla davranışını, həmçinin onu əhatə edən canlı və ya cansız aləmə qarşı münasibətini göstərən əxlaqi keyfiyyətdir. Şagirdlərdə insanı kamilliyə ucaldan xeyirxahlıq duyğusunu aşılamaq, onları yaxşı əməllərə səsləmək tədris etdiyi fənnin növündən asılı olmayaraq hər bir müəllimin borcudur."

Lalə müəllim onu da qeyd edib ki, gündəlik işlərdə ətrafdakılara minnətdarlıq, şəfqət və digər xeyirxah hisslərlə yanaşan insan həyata nikbin baxır, fiziki cəhətdən sağlam olur, daha ahəngdar həyat yaşayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi