İlk dərs 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunub

Noyabrın 8-də məktəbin daim aktiv, yenilikçi fəaliyyəti ilə seçilən ibtidai sinif müəllimi Gülpəri Əliyevanın rəhbərlik etdiyi 3 "A" sinfində ilk dərs 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunub.

Sinif otağının hər guşəsinə və şagirdlərin partasının üzrinə üçrəngli bayrağımız düzülüb.

Gülpəri müəllim 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə şagirdləri təbrik edərək bildirib ki, hər bir millətin qürur mənbəyi onun dövlət atributlarıdır. “Bayraq tariximiz, keçmişimiz, bu günümüz, müqəddəs dövlət rəmzimizdir”, – deyən Gülpəri Əliyeva xalqın zaman-zaman öz azadlığı uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib.

Dərsdə Azərbaycan bayrağına həsr olunmuş şeirlər, mahnılar səslənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi