“Hər rəngində mən varam” adlı tədbir keçirilib

Noyabrın 8-də məktəbin ibtidai sinif müəllimi Ofelya Məmmədovanın təşkilatçılığı ilə məktəbi akt zalında Dövlət Bayrağı Gününə həsr olunmuş “Hər rəngində mən varam” adlı möhtəşəm tədbir keçirilib.

Tədbirdə dövlət bayrağımız şagirdlər tərəfindən səhnədə dalğalandırılıb, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev qeyd edib ki, məktəb bu gün Azərbaycan Respublikasının mühüm bayramlarından birini - Dövlət Bayrağı Gününü qeyd edir. O bildirib ki, bayraq bizi irəliyə səsləyən, gələcəyə aparan, Vətənimizin tarixini yaşadan atributdur. Bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurlu daxili və xarici siyasət aparılır. Bu siyasət nəticəsində bayrağımız beynəlxalq arenalarda dalğalanır.

Daha sonra şagirdlər bayrağımıza həsr olunan şeirlər səsləndiriblər.

Tədbir bədii kompozisiya ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi