Məktəbdə bayraq yürüşü keçirilib

Noyabrın 8-də məktəbin Uşaq Birliyi rəhbəri Gülnar Əzimovanın, ibtidai sinif müəllimləri Aynurə Cəlilova və Vəfa Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə məktəbdə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə izdihamlı yürüş keçirilib.

Qeyd edək ki, 100 nəfərdən ibarət şagird əllərində üçrəngli bayrağımızla məktəbin həyətindən başlayaraq qəsəbənin mərkəzinə, Heydər parkınadək yürüş ediblər. Yürüş “Badamdar şəhidləri” abidə-kompleksi önünədək davam edib. Kompleksin önündə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yürüş zamanı şagirdlər əllərində üçrəngli bayrağımızla hərəkət edərək müxtəlif şüarlar səsləndirib, dövlət bayrağımıza sevgi və ehtiramlarını bildiriblər. Müəllimlər çıxış edərək, gənc nəslin Vətənə, dövlət atributlarımıza hörmət ruhunda tərbiyə olunmasının vacibliyini önə çəkiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi